İngiltərədə məktəblərdən birinin rəhbərliyi müsəlman şagirdin ətəyinin uzunluğundan narahat olub.
7News.Az xəbər verir ki, hətta şagirdə, "ətəyin uzundur, bir az qısalt",-deyə xəbərdarlıq edilib. 12 yaşlı Siham Hamud adlı qız məsələ ilə bağlı açıqlamasında inancı səbəbilə özünü psixoloji şiddətə məruz qalmış kimi hiss etdiyini deyib. Ailəsi isə məsələnin məhkəməyə qədər daşınması ilə təhdid olunduqlarını diqqətə çatdırıb.
Yeniyetmənin atası İdris Hamud dekabr ayında qızının hər gün formasını dəyişmək üçün evə göndərildiyini vurğulayıb. Hamud məsələnin məktəb rəhbərlərinin də qatılacağı bir iclasda müzakirə olunacağını qeyd edib.
Məktəb direktoru Nigel Klemens isə hazırda məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.
7News.Az








