RU
Çingiz Özgür Prezidentə müraciət etdi - TƏBİİ QAZ LİMİTİ İLƏ BAĞLI - MƏTN
09:58
676

Çingiz Özgür Prezidentə müraciət etdi - TƏBİİ QAZ LİMİTİ İLƏ BAĞLI - MƏTN


7NEWS.az xəbər verir ki, tanınmış jurnalist, bloqqer Çingiz Özgür qaz limitinin ləğv edilməsi və yaxud artırılması ilə bağlı ölkə prezidentinə sosial şəbəkə vasitəsi ilə müraciət edib. Müraciətin mətnini təqdim edirik:

"Cənab prezident! Hələ ilin 4-cü ayı indi yarı olub, amma işlətdiyimiz təbii qazın, biz vətəndaşlar üçün siz tərəfdən 200 kub artırıldıqdan sonra 1700 kub olan limiti dolub! Nəzərə alsaq ki, bu il qış ayları heç də sərt keçməyib, demək ki, qazı elə də çox işlətməmişik. Belə də, normasında. Limit isə, normal isinmək və yemək bişirib, çay içmək üçün, çox üzr istiyirəm, çimmək üçün işlədilən qədər olmalıdır əslində. Axı biz evdə parnik düzəltməmişik.... 
Limitin bitməyi o deməkdir ki, biz- bədbəxt kasıb təbəqə bundan sonrakı 7 ay yarımı işlətdiyimiz hər kub qaz üçün 20 qəpik ödəməliyik. Nazir və nazir müavinlərinə, deputatlara, dövlət idarələrində oturub qaz vurub-qazan dolduranlara, oliqarxlara və sairə müftəyeyənlərə bu məsələ çox xırda və gülünc görsəndiyindən heç vaxt bu haqda sizə deməyi düşünməzlər. Sadə xalqın son vaxtlar əlbəəl verdiyi məktublarda yəqin ki, hərə öz şəxsi dərdindən danışar, onlar da bu barədə yazmazlar sizə. Siznən selfi çəkdirən jurnalist dostlar da, özünü pis adam eləmək istəməz deyə, demiyiblər. Sizdən müsahibə götürən jurnalistə isə, yerüstü yayım lisenziyasının "qazı” bəs edirdi deyə, kasıbın qaz dərdindən danışası deyildi ... 
Odur ki, bilirəm, xəbəriniz yoxdur! Mən inanıram, burda yaxşı desək, sizə çatar, xəbəriniz olar! Cənab prezident, təyin olunmuş 1700 kub təbii qaz limiti çox azdır. İndi üzü yaya gedir deyə,bir neçə ay ciddi hiss etməyəcəyik bəlkə də, ama elə ki, sentyabr oldu, havalar soyudu, kombilər işə düşdü,vəziyyət çox pis olacaq. Ayda azı 100-150 manat pul gedəcək qaza. Bu isə, kifayət qədər böyük rəqəmdir. Pul yoxdur! Vəziyyət pisdir! Kasıbçılıqdır! 
Bu limiti artırmaq lazımdır! Buna bizim ölkənin resurları, təbii qaz ehtiyatları, iqtisadi gücü çatar axı! 
Cənab prezident! Özüm başda olmaqla bütün kasıblar və təbii qaz limitinin azlığından əziyyət çəkənlər adından xahiş edirəm: bu məsələyə əncam çəkin! 

P.S. Kasıblardan xahiş edirəm, ya mənim statusumu paylaşın, ya da siz də öz adınızdan xahiş edin, kasıb sayt redaktorları bu məsələyə diqqət ayırın, yazılar verin. Qoy prezidentin xəbəri olsun!!!

Hörmətlə,
Çingiz Özgür

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ