Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə 2022-ci ildə 800.000 nəfər azalıb.
7NEWS.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2022-ci ildə 1 milyard 411 milyon 800 min olaraq təyin olunmuş materik Çinin əhalisi 2021-ci ildə 1 milyard 412 milyon 600 min nəfər olub. Ölkə əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və aclıq illərindən sonra ilk dəfə olaraq azalıb. Həmin dövrdə 30 milyon insanın ölümü 1960 və 1961-ci illərdə ölkə əhalisinin azalmasına səbəb oldu.
7NEWS.az








