RU
İntihar edən Elinanın anasının ŞOK yazışması yayıldı:
14:40
371

İntihar edən Elinanın anasının ŞOK yazışması yayıldı: "Məni bezdirib, aparıb tullayacam atasının üstünə" - FOTO

Sosial şəbəkədə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova ilə qızının ən yaxın rəfiqəsi 9-cu sinif şagirdi Züleyxa Şirinova ilə insanları şok edən yazışması yayılıb.

7News.Az BAKU.WS-ə istinadən xəbər verir ki, skrin edilən yazışmada 14 yaşlı məktəblinin anasının qızına olan laqeydliyinin şahidi oluruq.

"Hə, Zulya, bilirəm. Bütün bunlar artıq məni bezdirib. Ümumiyyətlə, mən onu bu məktəbdən çıxarıb atasına tullayacam. Artıq mənə bu lazım deyil. Evdə mənim iki uşağım var, hələ bir xəstəxanalara qaçmalıyam. Heç yerə getməyəcəm. Mən Seymurun (ikinci həyat yoldaşını nəzərdə tutur) uşaqlarıylayam".

Qeyd edək ki, Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Anası Sevil Hacıyeva ikinci dəfə ailə qurub və bu izdivacdan iki övladı var.

Xatırladaq ki, Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi idi.

Bu yazışmanı şərh etməyi sizin ixtiyarınıza buraxırıq...

İntihar edən Elinanın anasının ŞOK yazışması yayıldı:
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ