RU
İordaniyada kilsəyə silahlı hücum edənlər tutulub
11:10
25

İordaniyada kilsəyə silahlı hücum edənlər tutulub

İordaniyanın Kərak əyalətindəki pravoslav kilsəsinə hücum edənlər təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada deyilir ki, bazar ertəsi səhər saatlarında keçirilən əməliyyat zamanı 23 oktyabrda Müqəddəs Georgi kilsəsində vətəndaşlara hücum edən üç terrorçu müəyyənləşdirilib.

Açıqlamada qeyd olunur ki, üç silahlı şəxs Kərakın kənarında tərk edilmiş evdə gizlənərək təslim olmaqdan imtina edib və təhlükəsizlik qüvvələrinə atəş açıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, təhlükəsizlik qüvvələri ilə atışmada hər üç şəxs yaralanıb və saxlanılıb.

Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.

Nəticədə 9 nəfər ölüb.

Silahlı şəxslər atəş açandan sonra hadisə yerindən qaçmışdılar.

Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ