RU
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
11:00
25

Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan yerli özünüidarəetmə orqanlarına seçkilərin ilkin nəticələrini yayıb.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyası bir sıra icmalarda yüksək səs faizi qazanıb.

Nazirin məlumatına görə, hakim partiya Artik, Meğri, Yeğeqnadzor, Vayk, Cermuk, Tsağkadzor, Martuni, Artaşat, Axuryan, İcevan, Vardenis, Dilijan, Araks, Armavir və Qarnidə liderlik edir.

Ermənistanın 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilibş

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ