İran ABŞ-nin dəniz blokadasını davam etdirməsi halında Hörmüz boğazının təhlükəsiz keçid marşrutu olmayacağını açıqlayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi bildirib ki, Tehran hazırda Vaşinqtonla birbaşa danışıqlar aparmır, lakin vasitəçi ölkələr üzərindən qarşılıqlı mesaj mübadiləsi həyata keçirilir.
İranlı sözçü Omanla aparılan danışıqların müsbət və konstruktiv şəkildə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın dəniz blokadasını davam etdirməsi Hörmüz boğazından keçidi təhlükəli vəziyyətə gətirə bilər.
Bəqayi həmçinin blokadanın aradan qaldırılması və ABŞ-ın hücumlarının qarşısının alınması üçün yalnız diplomatik deyil, hərbi variantların da nəzərdən keçirildiyini bildirib.








