RU
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
10:50
17

İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq

İran və Oman arasında Hörmüz boğazının giriş-çıxışının İranın nəzarətində olacağı yeni koridorla bağlı sazişin yaxın günlərdə imzalanacağı açıqlanıb.

Bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi məlumat verib.

O bildirib ki, Tehran yaxın zamanda Hörmüz boğazı və Fars körfəzini əhatə edən məhdud ərazi elan edəcək.

Bu əraziyə icazəsiz daxil olan gəmilərin İran tərəfindən qara siyahıya salınacağı bildirilib.

Rzayi həmçinin qeyd edib ki, ABŞ-ın hücum və təxribatlarına son qoyacağı təqdirdə İran Hörmüz boğazının açıq qalmasına zəmanət verə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ