RU
İran İnqilab Keşikçiləri: İordaniya və Küveytdə ABŞ bazalarını hədəfə aldıq
13:20
36

İran İnqilab Keşikçiləri: İordaniya və Küveytdə ABŞ bazalarını hədəfə aldıq

İran İnqilab Keşikçiləri Korpusu "Nəsr-2” əməliyyatının 21-ci və 22-ci dalğaları çərçivəsində İordaniya və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini açıqlayıb.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında İordaniyanın Əl-Əzraq bölgəsində ABŞ hərbçilərinin yerləşdiyi 20 hangarın raketlərlə hədəfə alındığı və hücum nəticəsində çox sayda ABŞ hərbçisinin öldüyü iddia olunub.

Açıqlamada həmçinin İordaniyadakı Əqəbə hava limanının da raket zərbəsinə məruz qaldığı bildirilib. ABŞ ordusuna məxsus C-17 ağır nəqliyyat təyyarələri və P-8 komanda-idarəetmə təyyarələrinin ciddi zərər gördüyü irəli sürülüb.

Bundan başqa, "Nəsr-2” əməliyyatının 22-ci dalğası çərçivəsində Küveytdəki Əli əs-Salim aviabazasına dəqiq pilotsuz uçuş aparatı hücumu həyata keçirildiyi qeyd olunub.

İran tərəfi ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar sisteminin tamamilə məhv edildiyini, hava avadanlıqları və ehtiyat hissələrinin saxlandığı hangarla yanaşı, MQ-9 tipli pilotsuz uçuş aparatlarının yerləşdiyi hangarın da vurulduğunu iddia edib. Nəticədə baş verən yanğın zamanı çox sayda MQ-9 PUA-sının istifadəyə yararsız hala düşdüyü bildirilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ