İran İslam İnqilabı Keşikçiləri Korpusu: Daha dağıdıcı silahlardan istifadə edəcəyik
7News.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhebbi bəyan edib ki, gələcəkdə baş verə biləcək müharibədə İran keçmişdə istifadə olunanlardan fərqli, daha dağıdıcı silahlar tətbiq edəcək. "Silahlarımız keçmişdəkilərdən tamamilə fərqli olacaq", - deyə Möhebbi bildirib. "Bu fərq döyüş başlığı nəslinə aid xüsusiyyətlər, zərbə dəqiqliyi, raketin mənzili və digər aspektlərdə özünü büruzə verəcək".