RU
İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib
14:00
22

İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib

İran ABŞ Prezident Donald Trampın Türkiyədən qalxan təyyarəsini MANPADS daşınan zenit-raket kompleksi ilə vurmaq istəyib.

7News.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, sammitin keçirildiyi ərazinin yaxınlığında ZRK ilə silahlanan bir şəxs də görülüb.

Vəziyyətlə tanış olan iki amerikalı məmur qəzetə bildiriblər ki, ABŞ kəşfiyyatı bir neçə mənbədən məlumat alıb: iranlıların ABŞ prezidentini daşıyan təyyarəni yer-hava raketi ilə vurmağa cəhd edə biləcəyi ilə bağlı konkret bir təhlükə var.

Amma bəzi amerikalı rəsmilər iddia edilən sui-qəsd cəhdini qeyri-praktik, ağlasığmaz və hətta qeyri-mümkün adlandırıblar.

Hətta Türkiyə rəsmiləri də amerikalı həmkarlarına Trampa hücum cəhdi ilə bağlı heç bir dəlil tapmadıqlarını deyiblər.

Nəşr qeyd edib ki, buna baxmayaraq, ABŞ Məxfi Xidməti riskə getməyərək, ABŞ prezidentinin yerinin dəyişdirilməsi əməliyyatını həyata keçirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranın sui-qəsd təhdidindən sonra Ankarada keçirilən NATO sammitindən gizli yolla ayrıldığı barədə məlumat yayılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ