İran yanvar ayındakı etirazlarla əlaqədar təqsirli bilinən daha bir şəxsi edam edib
7News.az xəbər verir ki, İran, yanvar ayında baş verən ümummilli etirazlarla bağlı təqsirli bilinən və həmçinin xarici vətəndaşlığı olan Qaim Hüseynini edam edib. Bildirilib ki, Hüseyni etirazlar zamanı təhlükəsizlik qüvvələri əməkdaşlarının ölümü ilə nəticələnən hadisələrdə iştirak edib.