RU
İranda 4 minə yaxın məhkum əfv edildi
12:30
329

İranda 4 minə yaxın məhkum əfv edildi

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi əfv sərəncamı imzalayıb.

7News.Az xəbər verir ki, İranda islam inqilabının 42-ci il dönümü ilə əlaqədar Ali Rəhbər 3 min 840 məhkumu əfv edib. Əfv olunanların bir qisminin cəzası yüngülləşdirilib, digər qismi isə cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb.

Ali Rəhbərin administrasiyasından verilən məlumatda deyilir ki, Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq hər il inqilabın ildönümündə əfv sərəncamı imzalayır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ