İranın Urmiya şəhərində yerləşən zavodların birində 51 işçi qazdan zəhərlənib.
7News.Az "ISNA” agentliyinə istinadən xəbər verir ki, işçilərin zəhərlənməsinə səbəb ammonyak sızması olub.
Məlumata görə, zəhərlənən işçilərdən 4-ü hazırda xəstəxanadadır. Digərlərinin vəziyyəti isə sabit olduğundan evə buraxılıblar.








