RU
İranda küçə və yollar su altında qaldı
10:50
37

İranda küçə və yollar su altında qaldı

İranda yağan intensiv yağışlar bir sıra bölgələrdə selə səbəb olub. Güclü su axını nəticəsində küçə və yollar su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Xüsusilə Əlborz vilayətində, o cümlədən Kərəc şəhəri və ətraf ərazilərdə vəziyyət daha da ağırlaşıb. Sel suları küçələrə dolaraq avtomobilləri aparıb, bəzi yollar isə su, palçıq və müxtəlif qalıqlarla örtülüb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə selin ərazilərdə yaratdığı fəsadların miqyası əks olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ