RU
İranda təbii qaz partlayışı baş verib: 3 ÖLÜ
15:49
55

İranda təbii qaz partlayışı baş verib: 3 ÖLÜ


7NEWS.az xəbər verir ki, təbii qaz xəttində baş verən sızma nəticəsində baş verdiyi ehtimal edilən partlayışla bağlı Bukan mahalının valisi Babahan İsgəndəri açıqlama verib. İsgəndəri partlayışın baş verdiyi bütün strukturun və bitişik iki tikilinin 70 faizinin dağıldığını bildirib. Yanğınsöndürmə qruplarının dağıntılar altından 3 nəfərin cansız cəsədini çıxardığını bildirən İsgəndəri, 3 yaralının xəstəxanada müalicəsinin davam etdirildiyini qeyd edib. İsgəndəri dağıntılar altından 3 nəfərin telefonlarına cavab verdiyini və bu şəxslərin xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ