RU
lombard
İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb
18:15
69

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən 7NEWS.Az-a bildirilib ki, DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilmiş və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılmışlar.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirmiş və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim etmişlər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilmiş, isti yemək və digər lazımi şəraitlə təmin edilmişlər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılmışdır.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulmuşdur.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ