İran məhkəmə sistemi "düşmənlə əməkdaşlıqda” ittiham olunan 3 121 nəfərə qarşı hüquqi proses başladıb.
Bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslər ABŞ və İsraillə əməkdaşlıqda ittiham olunur.
Cahangir bildirib ki, həmin şəxslərdən 2 406 nəfəri həbsdədir.
Məlumata görə, indiyədək təxminən 1000 ittiham aktı irəli sürülüb.








