RU
İranlı qadın müğənniyə həbs cəzası verildi - (Foto)
12:50
30

İranlı qadın müğənniyə həbs cəzası verildi - (Foto)

Tehranda konsert verdiyinə görə daha əvvəl həbs edilən müğənni Heyva Seyfizadə dörd il müddətinə azadlıqdan məhrum edilib.

7News.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, o, əxlaqsızlığın təbliğində ittiham olunub.

Qeyd edək ki, Heyva Seyfizadə 2024-cü il fevralın 27-də Tehranda "Reberu" zalında konsert verərkən həbs edilib. O, bir müddət sonra girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ