Ermənistanda məhkum məhkəmə zalından qaçıb.
"Shamshyan.com”-un xəbərinə görə, hadisə ötən gün paytaxt İrəvanın Nor-Nork inzibati rayonunun ümumi yurisdiksiyasındakı məhkəmədə qeydə alınıb.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi məhkəməyə gediblər.
İbtidai istintaqın maraqlarına görə, qaçan şəxsin şəxsiyyəti açıqlanmır.








