RU
İrəvanda ticarət mərkəzində partlayış nəticəsində 2 nəfər ölüb, 60 nəfər yaralanıb - – YENİLƏNİB + FOTO/VİDEO
20:28
1221

İrəvanda "Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
 
----

Bazar günü İrəvanın "Surmalu” topdansatış bazarında baş vermiş partlayış və yanğın nəticəsində 51 nəfər xəsarət alıb.

Bu barədə jurnalistlərə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəhbəri Arsen Qasparyan məlumat verib: "Hazırda 51 zərərçəkən barədə məlumatımız var. Həm yanğının söndürülməsi, həm də xilasetmə əməliyyatlarının aparılması baxımından əməliyyat vəziyyəti ağır olaraq qalır”, - o, bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ