7News.az xəbər verir ki, aparıcı süni intellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli əməkdaşı və tədqiqatçısı açıq məktub vasitəsilə ABŞ hökumətinə müraciət edib. Sənaye nümayəndələri bildiriblər ki, təhlükəsizlik və nəzarət mexanizmlərinin sürətlə inkişaf edən texnologiyaya ayaq uydurmasını təmin etmək məqsədilə süni intellektin inkişaf sürəti azaldılmalıdır.








