RU
İşğalçı İsrail qüvvələri daha 2 fələstinlini öldürüb
13:38
25

İşğalçı İsrail qüvvələri daha 2 fələstinlini öldürüb


7NEWS.az xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında həyata keçirdiyi basqınlarda 2 fələstinlinin şəhid olduğu, 3-ü isə yaralandığı bildirilib. Fələstin dövlət televiziyasında yayımlanan xəbərə görə, İsrail ordusunun xüsusi təyinatlı qüvvələri səhər tezdən Cenin Qaçqınlar Düşərgəsinə basqın edib. Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu ağır hərbi iştirakla basqından sonra bəzi binaların zirvələrinə snayperlər yerləşdirib. 58 yaşlı Cevad Hüseyin Bevakine və 26 yaşlı Edhem Muhammed Cebbarin basqın zamanı həlak olduğu bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ