7News.az xəbər verir ki, ABŞ-ın işlək hava limanlarında tikinti işçilərinin təsadüfən hava hərəkətinə nəzarət sistemi üçün vacib olan kabeli kəsməsi nəticəsində yüzlərlə uçuş gecikib. Bazar ertəsi günortadan sonra Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Massaçusets ştatlarındakı hava limanlarında uçuşlar dayandırılıb.








