İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Opel" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır
_____________
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
7News.Az apa-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Əlavə məlumat veriləcək.








