RU
İsmayıllıda
15:11
281

İsmayıllıda "Jiquli"lərə qənim kəsilənlər tutuldular - FOTO

Martın 14-də İsmayıllı  Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus "VAZ 2106" markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan 7News.Az-a verilən məlumata görə,  daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb.

O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

İsmayıllıda

İsmayıllıda

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ