RU
lombard
İsmət Səttarovu O əvəzlədi - ARB-də tanış sima, yeni təyinat
21:13
130

İsmət Səttarovu O əvəzlədi - ARB-də tanış sima, yeni təyinat

ARB Media Qrupunun yeni rəhbəri bəlli olub.

Yenicag.az xəbər verir ki, MTRŞ sədri seçilən İsmət Abbasovun yerinə Radik İsmayılov təyin olunub.

Xatırladaq ki, uzun illər müxtəlif televiziyaların xəbərlər departamentlərində rəhbər vəzifədə çalışan R.İsmayılov ARB24-ün Xəbərlər Departamentinin müdiri olub.

Qeyd edək ki, ARB Media Qrupunun direktoru İsmət Səttarov bu gün MTRŞ-ya sədr seçilib.



Radik İsmayılov kimdir?

Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
"Ekstremal jurnalistika (praktik vəsait)” kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.

Lider televiziyasının Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində çalışıb. ARB24-də baş redaktor olaraq, işə başlayan Radik İsmayılov son təyinata qədər kanalın icraçı direktoru olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ