İspaniyanın Qranada vilayətinin sakinləri regionda baş verən zəlzələyə görə bu gecəni küçədə keçirib. Yaranmış vəziyyətlə əlaqədar vətəndaşlar evlərinə qayıtmağa qorxurlar.
Bu barədə REN TV xəbər yayıb.
<iframe class="adviad-resize" style="max-width: 100%; width: 590px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
Bildirilir ki, yeraltı təkanlar çox güclü hiss olunub. Şahidlərin sözlərinə görə, onlar yerin sözün həqiqi mənasında ayaqlarının altından qaçdığını hiss ediblər, yollarda çatlar yaranıb.
Ciddi dağıntılar və itkilər barədə məlumat verilmir. Ötən ilin dekabrından bəri demək olar ki, bu regionda 600-a qədər zəlzələ qeydə alınıb.








