RU
İspaniyada yanğınla əlaqədar 1300 nəfər təxliyə edilib
17:16
54

İspaniyada yanğınla əlaqədar 1300 nəfər təxliyə edilib


İspaniyanın şimal-qərbindəki Araqon bölgəsindəki Saraqosa şəhərinin Anon de Monkayo bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 1300 nəfərin təxliyə edildiyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, Araqon yerli hökumətindən verilən açıqlamada avqustun 13-də başlayan meşə yanğınının güclü külək və həddindən artıq isti havanın təsiri ilə böyüməyə davam etdiyi qeyd edilib. Bildirilib ki, yanğınla əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində 8 yaşayış məntəqəsində 1300-ə yaxın insan evlərindən təxliyə edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ