RU
İsrail Suriyanın şimalında hərbi hava limanını vurub
14:40
27

İsrail Suriyanın şimalında hərbi hava limanını vurub

İsrail Müdafiə Qüvvələri (SAXAL) ötən gecə Suriyanın şimalındakı İdlib əyalətində yerləşən Əbu əd-Duhur hərbi hava limanına aviazərbələr endirib.

Bu barədə Suriya və İsrail mənbələri yazıblar.

Məlumata görə, hədəflərə ən azı dörd raket atılıb. Hərbi aerodromun uçuş-enmə zolağına ümumilikdə dörd zərbə endirildiyi bildirilir.

Dəymiş zərərlə bağlı məlumatlar dəqiqləşdirilir. İsrail Müdafiə Qüvvələri hələ ki xəbəri şərh etməyib.

Qeyd edək ki, bu bazada Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu yaxınlarda bərpa edilmiş Suriya aviasiyası yerləşir. Hərbi Hava Qüvvələrinin tərkibində ekspert modifikasiyasında olan iki bərpa edilmiş sovet "Su-22" qırıcı-bombardmançı təyyarəsi mövcuddur. Burada, həmçinin keçmiş Çexoslovakiyanın bir neçə "L-39" təlim-məşq təyyarəsi və köhnə helikopterlər də yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ