İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə səfər edib.
Bu barədə o, tviter səhifəsində bildirib.
XİN başçısı qeyd edib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib: "Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam”.
O əlavə edib ki, İsrail bu çətin zamanda Türkiyənin yanındadır və bundan sonra da humanitar yardım göstərməyə davam edəcək.








