RU
İstanbulda içində uşağın tək olduğu avtomobil həyəcanlı anlar yaşatdı – ANBAAN VİDEO
12:00
222

İstanbulda içində uşağın tək olduğu avtomobil həyəcanlı anlar yaşatdı – ANBAAN VİDEO

İstanbulun Əsənyurd rayonunda üç yaşlı uşaq valideynlərinin  nəzarətindən yayınaraq avtomobilə minib və nəticədə avtomobil yolun buz tutması nəticəsində yoxuşda sürüşərək arxa-arxaya hərəkət etməyə başlayıb.

"İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, həyəcanlı anlar ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Videoda uşağın atasının və anasının hərəkətdə olan avtomobilin arxasınca qaçdığı əks olunub.

 

Xoşbəxtlikdən sükanı arxasında sürücünün olmadığı avtomobil digər nəqliyyat vasitələrinə dəymədən dayanıb.

Uşağın və avtomobilin zərər görməməsində ətrafdakı insanların da rolu böyük olub.

Onlar digər avtomobillərin sürücülərinə əl işarələri ilə xəbərdarlıq edərək nəqliyyatın hərəkətini dayandırmağa  müvəffəq olublar.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ