"Star TV”də yayımlanan "İstanbullu gəlin” serialı yeni mövsümündə yeni sürprizlərlə tamaşçılar qarşısına çıxacaq.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin 3-cü mövsümünün çəkilişlərinə artıq start verilib.
Qeyd edək ki, ekran işinə yeni aktrisalar daxil olub. Bunlar "Yaz”ın böyüklüyünü canlandıracaq aktrisa Ahsen Eroğlu, "Esma”nın baldızı "Ülfet Kavaklı” xarakterinə həyat verəcək aktrisa Meral Çetinkaya və onun rəfiqəsi "Günəş” rolunda oynayacaq Nihal Yalçındır.
Xatırladaq ki, Zeynəb Günay Tan və Dəniz Koloşun rejissorluğu ilə çəkilən serialda baş rollarda Aslı Enver və Özcan Dəniz çəkilir.

7News.Az








