İsveçdə inflyasiya dekabrda enerji xərclərinin artması nəticəsində son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
7NEWS.az xəbər verir ki, İsveç Statistika İnstitutu istehlak qiymətləri indeksinin (İQİ) noyabrda 11,5 faizdən dekabrda 12,3 faizə yüksəldiyini, 1991-ci ilin fevralından bəri ən yüksək səviyyə olduğunu açıqladı. Buna səbəb elektrik enerjisi xərclərinin dekabr ayında əvvəlki ayla müqayisədə 28,8 faiz, əvvəlki illə müqayisədə isə 45,3 faiz artması olub.
İsveç Mərkəzi Bankının pul siyasətini istiqamətləndirmək üçün istifadə etdiyi sabit faiz dərəcələrinə (CPIF) görə hesablanan inflyasiya noyabrda 9,5 faizdən illik bazda 10,2 faizə yüksəldi. Bank inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini aprel ayında sıfırdan son aylarda 2,5 faizə qaldırmışdı. Bankın növbəti pul siyasəti iclası gələn aya planlaşdırılıb.
Digər tərəfdən, bank faiz artımının davam edəcəyi siqnalını verdi.
7NEWS.az








