RU
lombard
İtaliya sakinlərində koronavirusa qarşı immunitet aşkar edildi
14:50
148

İtaliya sakinlərində koronavirusa qarşı immunitet aşkar edildi

İtaliyanın Ferrara şəhərinin və ətraf ərazilərin sakinlərində koronavirusa qarşı immunitet aşkar edilib.

"La Nuova Ferrara” xəbər verir ki, bu bölgədə inanılmaz dərəcədə az insan koronavirusa yoluxub.

Qonşuluqda yerləşən Emiliya-Romanya bölgəsində 14 mindən çox insan koronavirusa yoluxduğu halda, Ferrarada bu göstərici 307-ə bərabərdir.

Bu məlumatı Mülki müdafiə xidmətinin komissarı Serco Venturi təsdiq edib.

"Ola bilsin ki, məsələ malyariya və ya bu bölgədə yayqın olan talassemiya xəstəliyi ilə bağlıdır”, - deyə S.Venturi vurğulayıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ