RU
İtaliya yardımların üzərinə Mövlananın sözlərini yazdı – FOTO
13:30
142

İtaliya yardımların üzərinə Mövlananın sözlərini yazdı – FOTO

Dünyanın hər yerindən zəlzələlər üçün Türkiyəyə yardımlar göndərilir. 

 Kahramanmaraşda baş verən zəlzələdə ölən və yaralananların sayı hər keçən dəqiqə artır. Dünyanın hər yerindən Türkiyəyə yardım qrupları gəlir. Bu yardımları göndərənlər arasında İtaliya da var.


İtaliyanın Mülki Müdafiə və Dəniz Siyasətləri Naziri Nello Musumeci Kahramanmaraşdakı zəlzələlərdə zərər çəkənlər üçün Türkiyəyə səhra xəstəxanası və donanması olmayan bir gəmi göndəriləcəyini açıqlayıb.

Bundan əlavə, İtaliya müxtəlif yardımlar göndərir. Bu yardımların görüntüsünü sosial media hesabında paylaşan İtaliya höküməti HZ. Mövlananın sözlərini yardımların üzərinə yazıb:

"Ümidsizliyin arxasında çox ümid var. Qaranlığın arxasında çoxlu günəş var", yazısı yardımların üzərində qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ