RU
İTALİYADA BÖHRAN : Draghi-nin istefası rədd edildi
14:12
100

İTALİYADA BÖHRAN : Draghi-nin istefası rədd edildi

7NEWS.az xəbər verir ki, İtaliyada koalisiya tərəfdaşlarından olan 5 Ulduz Hərəkatının (M5S) parlamentin yuxarı palatası Senatda iqtisadi yardım paketi ilə bağlı səsverməni boykot etməsi nəticəsində hökumətdə böhran yaşanıb. Prezident Mattarellanın ofisindən verilən açıqlamada Draqinin istefasının qəbul edilmədiyi və Mattarellanın "baş naziri açıqlama vermək üçün parlamentə dəvət etdiyi" bildirilib. Baş nazir Draqinin parlamentdə kifayət qədər dəstəyi olub-olmadığını yoxlamaq üçün gələn həftə parlamentdə çıxış edəcəyi gözlənilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ