İtaliyada ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən və son 70 ilin ən quraqlıq dövrünü yaşayan Po çayını əhatə edən 5 bölgədə fövqəladə vəziyyət elan edilib.
7NEWS.az xəbər verir ki, İtaliya son 70 ilin ən quraq dövrünü yaşayır. Hökumət ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən Po çayını əhatə edən Emilia Romagna, Friuli Venezia Giulia, Lombardiya, Piedmont və Veneto bölgələrində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. Hökumət həmçinin sözügedən bölgələrə 36,5 milyon avro yardımı təsdiqləyib.
7NEWS.az








