RU
İtaliyanın 27 şəhərində
13:40
43

İtaliyanın 27 şəhərində "qırmızı həyəcan" elan edildi

İtaliyada təsirini gücləndirən isti hava dalğası səbəbindən ölkənin 27 böyük şəhərində ən yüksək səviyyəli – "qırmızı həyəcan" xəbərdarlığı edilib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin yaydığı bülletenə əsasən, əvvəllər 25 şəhərə şamil olunan 3-cü səviyyəli "qırmızı həyəcan" sistemi daha iki şəhəri də əhatə edib.

Məlumata görə, xəbərdarlıq edilən şəhərlərin bəzi bölgələrində havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi, isti hava dalğasının isə ən azı bir həftə davam edəcəyi proqnozlaşdırılır.

Nazirlik bildirib ki, 3-cü səviyyəli "qırmızı həyəcan" uzunmüddətli ekstremal istilərin bütün əhali üçün ciddi sağlamlıq riski yaratdığı anlamına gəlir. Xəbərdarlığın təkcə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərə deyil, sağlam insanlara da aid olduğu vurğulanıb.

Qeyd edək ki, İtaliya bu il dördüncü dəfə güclü isti hava dalğasının təsiri altına düşür. Əvvəlki isti hava dalğaları zamanı ölkədə yüksək temperaturla əlaqədar ölüm halları da qeydə alınıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ