7News.az xəbər verir ki, Braziliyada 24 yaşlı bir qadın, münasibətlərinin bitməsini qəbul etmək istəməyən keçmiş sevgilisi tərəfindən qaçırılıb və kirayə götürülmüş bir evdə beş gün ərzində girov saxlanılıb. Məlum olub ki, gənc qadın çarpayıya zəncirlənib və qışqırıqlarının eşidilməməsi üçün məcburən qaz maskası taxdırılıb. O, polis reydi zamanı xilas edilərək xəstəxanaya aparılıb.