Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük Kadir Doğulu və Neslihan Atagül Bakıdadır.
7News.Az axşam.az-a istinadən xəbər verir ki, "Formula 1" Azərbaycan Qran Prisini izləmək üçün şəhərə gələn cütlüyün səmimi anları obyektivlərə tuş gəlib.
Kadirlə Neslihan rəqs edərkən və restoranda yemək yeyərkən görüntülənib.
Xatırladaq ki, Kadirin səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və Neslihanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.
Qeyd edək ki, Kadir ilə Neslihan 7 ildir evlidir.
7News.Az








