RU
Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb
12:30
19

Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb

Seysmoloqlar Kamçatka yarımadasının sahilləri yaxınlığında 6.2 maqnitudalı zəlzələ qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin regional filialından məlumat yayılıb.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 332 km məsafədə olub. Zəlzələnin ocağı isə 63.8 km dərinlikdə yerləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ