Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
7News.Az xarici mətbuata istinadla bildirir ki, görüntülərdə vəkilin onlayn məhkəmə prosesi zamanı çılpaq qadınla əxlaqsızlıq etməsi əks olunub.
Pandemiyaya görə onlayn formada təşkil olunan məhkəmə zamanı vəkilin pəncərəsində onun intim görüntülərini görənlər şoka düşüblər.
Perulu vəkil Héctor Cipriano Paredes Robles görüntülərin yayılmasından sonra sosial şəbəkələrdə "məşhurlaşıb".
Qeyd edək ki, bir müddət əvvəl argentinalı evli deputat onlayn konfrans zamanı katibəsi ilə əxlaqsızlıq etdiyinə görə istefa vermişdi.

7News.Az








