RU
Kamerunda turistləri daşıyan avtobus qəzaya uğradı: Yeddi ölü, xeyli yaralı var
13:20
27

Kamerunda turistləri daşıyan avtobus qəzaya uğradı: Yeddi ölü, xeyli yaralı var

Kamerunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər həyatını itirib, daha 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya təhlükəli ötmə əməliyyatının səbəb olduğu bildirilir.

Bu barədə yerli mətbuat orqanları məlumat yayıb.

Hadisə Duala şəhəri ilə paytaxt Yaunde arasındakı magistral yolda qeydə alınıb. Turistləri daşıyan avtobusla yük avtomobili toqquşublar. İlkin ehtimallara görə, sürücülərdən birinin əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməsi ağır qəzaya yol açıb.

Xəsarət alan 10 nəfərin hər birinə lazımi tibbi yardım göstərilib. Hazırda hadisənin təfərrüatları və dəqiq səbəbləri araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ