RU
Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
10:20
349

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

Baş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmış kürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.

7News.Az-ın əldə etdiyi məlumata görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.

Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ