RU
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var
12:07
31

Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var

Kanadanın Toronto şəhərində keçirilən "Salsa on St. Clair" küçə festivalında silahlı insident olub.

AP News xəbər verir ki, festivalın keçirildiyi ərazidə baş verən atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər güllə yarası alıb.

Hadisə zamanı iki silahlı şəxs silahdan istifadə edib. Toronto polisinin məlumatına görə, hadisə yerindən iki silah götürülüb. Hələ ki, heç kim saxlanılmayıb, insidentin motivi araşdırılır.

Qeyd edək ki, hadisə zamanı festival ərazisində minlərlə insan olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ