RU
KİV: Boris Conson yenidən Mühafizəkarlar Partiyası sədrliyinə namizəd ola bilər
23:00
194

KİV: Boris Conson yenidən Mühafizəkarlar Partiyası sədrliyinə namizəd ola bilər

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Liz Trassın istefasından sonra Mühafizəkarlar Partiyasının liderlik yarışında iştirak edəcəyi gözlənilir.

7NEWS.Az xəbər verir ki, bu barədə "Times" nəşri yazıb.
Nəşrin məlumatına görə, artıq Mühafizəkarlar Partiyasının bir neçə deputatı Consonun Trassı əvəz edə biləcəyini təklif edib.

"O, (Boris Conson) insanların fikrini öyrənməyə çalışır, lakin eyni zamanda bunun milli maraq məsələsi olduğuna inanır", - deyə "Times"-in siyasi xəbərlər üzrə redaktoru Steven Svinford bildirib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ