RU
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
10:30
31

Kiyev ballistik raketlə vuruldu - Ölənlər var

Rusiya Kiyevə dron və ballistik raketlərlə hücum edib.

Bu haqda "Associated Press” (AP) məlumat yayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hücum nəticəsində azı bir nəfər ölüb. Şəhər meri Vitali Kliçko isə yaralananların sayının 11-ə çatdığını bildirib.

Məlumata görə, hücum Kiyevin bütün 10 rayonunu əhatə edib. Yaşayış binalarına ziyan dəyib, bir neçə ərazidə yanğın baş verib, dağıntılar altında qalan insanların xilas edilməsi üçün əməliyyatlar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ