RU
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
10:30
17

Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi

Kolumbiya Prezidenti Abelardo de la Esprielya dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkədə iqtisadi fövqəladə vəziyyət elan edib.

Prezident bildirib ki, qərarın əsas məqsədi zəlzələdən zərər çəkən ərazilərin bərpasını sürətləndirməkdir. Hökumət dağılan xəstəxana, məktəb, yaşayış binaları, yollar və hava limanlarının yenidən qurulması üçün xüsusi fond yaradacaq.

Fövqəladə vəziyyət çərçivəsində investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və zərərçəkənlərə, eləcə də kiçik bizneslərə dəstək tədbirləri nəzərdə tutulur.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 265 nəfər həyatını itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ