Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək.
7News.Az xəbər verir ki, o, aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam, Laçın və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
7News.Az








